Moskvada azərbaycanlıların işlədiyi bazarlarda OMON axtarış aparır

  • 13:00 - 11 Mart

Rusiya paytaxtının Lyublino rayonunda yerləşən “Moskva” ticarət mərkəzində və “Sadovod” bazarında güc strukturlarının axtarışı başlayıb.

Avropa.info xəbər verir ki, ticarət mərkəzi polis və OMON tərəfindən mühasirəyə alınıb. Binada axtarış gedir. Güc strukturlarının əməkdaşları istintaq fəaliyyəti ilə bağlı məlumat verməyiblər.

Azərbaycanlıların işlədiyi “Sadovod” bazarında isə gecə 3-dən bəri miqrasiya polisi ilə birgə polis axtarışa başlayıb.

TASS agentliyinə məlumat verən mənbənin sözlərinə görə, axtarışın səbəbkarı istirahət günü Rusiya paytaxtında miqrantlar arasında baş verən münaqişə ola bilər. 9 mart gecəsi Moskva ticarət mərkəzi ətrafında silahlı dava baş verib.


Oxunma sayı: 15026

Oxşar yazılar