Dünyanın ən çox silah satan ölkələrinin adı açıqlandı

  • 11 Mar - 2019

Sülhün Tədqiqatları üzrə Stokholm Beynəlxalq İnstitutu (SİRPİ) dünyanın ən böyük silah ixracatçılarının adını açıqlayıb.

Avropa.info xəbər verir ki, dünya ən çox silah satan dövlətləri siyahısında ABŞ, Rusiya, Çin, Fransa və Almaniya gəlir. Bu ölkələr dünya silah ixracatında 75%-lik paya sahibdir. İlk iki ölkənin ümumi payı 57% təşkil edir.

2014-2018-ci illər arasında Rusiya Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qətər və İraq başda olmaqla 48 dövlətə silah ixrac edib. 

Hesabatda ümumdünya silah ixracatının 7,8% artdığı göstərilir. Ən çox silah alan ölkələr isə bunlardır: Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qətər və İraq.

Rusiyanın son üç ildə silah ixracatının miqyası illik 15 milyard dollar olub.


Oxşar yazılar