Məktəbli oğlan qohumuna 8 bıçaq zərbəsi vurdu

  • 12:06 - 11 Mart

Biləsuvar rayonunda məktəbli oğlan qohumuna səkkiz bıçaq zərbəsi vurub.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 9-u gecə saatlarında rayonun Nəsimi kəndində baş verib. 2001-ci il təvəllüdlü şagird şəxsi münasibətlər zəminində qohumu, 1982-ci il təvəllüdlü Qarayev Nadir Qəfər oğlunun kürəyindən 8 bıçaq zərbəsi vurub. Yaralı N.Qarayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən məktəbli şübhəli şəxs qismində tutulub.


Oxunma sayı: 16423

Oxşar yazılar