Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanıldı

  • 11 Mar - 2019

Tərtərdə bank hesabından oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan bir qadının bank hesabından 3416 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Oxşar yazılar