Ərdoğan imzaladı – Kartofa qoyulan gömrük vergisi ləğv olundu

  • 10:41 - 11 Mart

Türkiyədə kartof idxalatında kvota və gömrük tariflərinə dəyişiklik edilib.

Avropa.info xəbər verir ki, prezident Ərdoğanın imzaladığı sərəncamla 2019-cu ilin 20 aprelinədək şirin kartof xaricində idxal olunan kartoflara tətbiq olunan gömrük vergisi tamamilə götürülüb. İdxal olunan kartof un kvotası isə 200 min ton müəyyən edilib.

Qeyd edək ki, Türkiyə keçən il yay aylarında kartofun qiymətinin qalxması üzündən Suriyada nəzarət etdiyi ərazidən 4 min kartof idxal etmişdi.


Oxunma sayı: 9537

Oxşar yazılar