Taylandda 7 bomba partlayıb

  • 10 Mar - 2019

Taylandın Sathun və Phatthalunq vilayətlərində 7 əldəqayırma bomba partlayıb.

Hadisə nəticəsində yaralanan olmayıb. Daha 7 qurğu təhlükəsizlik qüvvələri tərəfindən tapılıb və zərərsizləşdirilib.

Partlayışlar nəticəsində yalnız bir neçə bina, o cümlədən Sathun vilayətinin polis idarəsi zərər çəkib.

Polis hesab edir ki, partlayışların arxasında terrorçu-separatçılar, siyasətçilər və ya mütəşəkkil cinayətkar qrupları dayanıb.

 

 

 

 

 

trend


Oxşar yazılar