Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti yaradılıb

  • 23:00 - 09 Mart

 Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Naxçıvan şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsi yaradılıb.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 9-da bununla bağlı sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiq etmək və sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Oxunma sayı: 5709

Oxşar yazılar