Olimpiya çempionu yeni dünya rekordu müəyyənləşdirib

  • 17:05 - 09 Mart

Çinli qadın idmançı Lyu Xun 50 km məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib. 

Avropa.info report-a istinadən xəbər verir ki, 32 yaşlı atlet ölkəsində keçirilən yarışda məsafəni 3 saat 59 dəqiqə 15 saniyəyə qət edib. 

O, bu göstəricidən sonra 50 km-i 4 saatdan daha az müddətdə başa vuran ilk qadın idmançı olub. 

Əvvəlki dünya rekordu 4 saat 4 dəqiqə 36 saniyə ilə digər çinli idmançı Lyan Juya məxsus idi. 

Qeyd edək ki, Lyu Xun 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 


Oxunma sayı: 4961

Oxşar yazılar