Sumqayıt sakini əmisini öldürüb, sonra mənzilə od vurub

  • 08 Mar - 2019
Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təfərrüatı məlum olub. "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb. Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub. Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib . Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.             report

Oxşar yazılar