Gəncə sakinindən 10 kiloqramdan çox narkotik vasitə götürülüb

  • 20:55 - 07 Mart
Gəncə şəhər sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq idarəyə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxunma sayı: 9878

Oxşar yazılar