Rusiyanın valyuta ehtiyatları bir həftəyə 2 mlrd. dollardan çox artıb

  • 20:37 - 07 Mart
Fevralın 22-dən martın 1-nə qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 2,3 mlrd. ABŞ dolları və yaxud 0,48% artaraq 480,5 mlrd. dollardan 482,8 mlrd. dollara çatıb. “Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir. Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir.

Oxunma sayı: 6589

Oxşar yazılar