Avropanın ən bahalı banknotu təqdim edildi

  • 17:28 - 06 Mart
İsveçrənin Mərkəzi Bankı (SNB) 1000 franklıq banknotu təqdim edib. Avropa.info xəbər verir ki, banknot Avropada ən bahalı, dünyada ikinci ən bahalı (Bruneyin 10 min dollarlıq banknotundan sonra) olacaq. 13 martdan dövriyyəyə buraxılacaq əsginas polimer liflərdən hazırlanıb. Əsginasın dizaynının əsas mövzusunu kommunikasiya və dil təşkil edib. Qeyd edək ki, son zamanlar dünya ölkələri böyük nominallı əsginasları dövriyyədən çıxarmağa çalışır. Çünki belə pullardan  kriminal aləmdə ödəniş vasitəsi kimi geniş şəkildə istifadə olunur.  Məsələn, Avropa Mərkəzi Bankı 2019-cu ilin aprelinədək 500 avroluq banknotları tədavüldən çıxarmaq qərarı verib. SNB-nin sədrinin müavini Frits Surbürq deyib ki, İsveçrədə pulların nağd yolla dövriyyəsi ölkə mədəniyyətinin xüsusiyyətlərindən biri kimi qalır.

Oxunma sayı: 7216

Oxşar yazılar