Trampın Türkiyə əleyhinə qərarına Ankaradan reaksiya

  • 15:02 - 05 Mart
Türkiyə hökuməti ABŞ prezidenti Donald Trampın Türkiyənin Ümumi Tənzimləmə Sistemi (GTS) Proqramından çıxarmaq istəməsi qərarına cavab verib. Avropa.info xəbər verir ki, ticarət naziri Ruhsar Pekcan qərarın orta miqyaslı istehsalçı və firmalara mənfi təsir edəcəyini bildirib. 2018-ci ilin 11 ayı ərzində ABŞ-ın GTS çərçivəsində dünya ölkələrindən etdiyi 20,9 milyard dollarlıq idxalatda Türkiyənin payı 1,74 milyard dollar, yaxud 8,2%-dir. Türkiyə ABŞ-a ixracata görə 5-ci yerdə gəlir. “Mövcud qərar iki ölkə hökumətləri tərəfindən bəyan edilən 75 dollarlıq ticarət həcmi hədəfi ilə ziddiyyət təşkil edir. Bu qərar eyni zamanda amerikalı kiçik və orta miqyaslı firmalar və istehsalçılara mənfi təsir göstərəcək. Strateji ortağımız ABŞ ilə aramızdakı ticarət həcmini artırmağa dair fəaliyyətimizi dayanmadan aparacağıq” – türk nazir belə deyib.

Oxunma sayı: 7139

Oxşar yazılar