Gəlirlərindən 10 faiz futbola ayıranlar vergidən azad olunacaq

  • 05 Mar - 2019
Apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq. "Report"un məlumatına görə, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov açıqlama verib. O bildirib ki, iclasda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Baş katib Vergilər Nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istədiklərini diqqətə çatdırıb: "Şirkətlər gəlirlərin 10 faizini futbola sərf edərək, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq".

Oxşar yazılar