Nazirlər tennis oynadı – Foto

  • 04 Mar - 2019
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin vitse-prezidenti, millət vəkili Fazil Mustafa Bakı İdman Sarayında martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər. Əvvəlcə atletlərimizin təlim-məşq prosesinə və sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları musiqili kompozisiyaya baxış olub. Nazirlər S.Babayev və A.Rəhimov müxtəlif yarışlarda uğurlu nəticələr göstərmiş gənc atlet Həbib Tağıyevlə tennis oynayıb, idmançılarla söhbət edib, KİV-ə müsahibə veriblər.
Nazirlər tennis oynadı - Foto Nazirlər tennis oynadı - Foto

Oxunma sayı: 385

Oxşar yazılar