Estoniyada parlament seçkilərində müxalifət qalib gəldi

  • 04 Mar - 2019
Estoniyada parlament seçkilərində müxalif İslahatlar Partiyası qələbə qazanıb. Avropa.info Trend-ə istinadən xəbər verir ki, səsvermənin nəticəsinə əsasən İslahatlar Partiyası 34 mandat alıb. İkinci yeri 25 yerlə hakim Mərkəzçi Partiya tutur. Sonrakı sıralarda Mühafizəkar Xalq Partiyası (19 mandat), Vətən Partiyası (12 mandat) və Sosial-Demokrat Partiyası (10 mandat) gəlir. Hökuməti formalaşdırmaq hüququnu seçkilərdə qalib gəlmiş partiya əldə edib. İslahatlar Partiyasının proqramı mərkəzçilərin proqramın 3 məsələdə kəskin fərqlənir: vergilər, vətəndaşlıq və eston dilində təhsil.

Oxunma sayı: 33330

Oxşar yazılar