"İranı idarə edən "dərin dövlət"in kökləri İsrailə bağlıdır" - İranlı reformist siyasətçi Mustafa Tacızadə

  • 04 Mar - 2019
İranlı reformist siyasətçi Mustafa Tacızadə ölkəsində "dərin dövlət"in güclü olduğunu, köklərinin araşdırılması halında İsrailə çıxacağını açıqlayıb. Avropa.info xəbər verir ki, xarici KİV-ə açıqlamasında Tacızadə İranın 3 əsas problemi olduğunu, ABŞ prezidenti Donald Trampın nüvə müqaviləsindən çıxmasının bunlardan biri olduğunu deyib. Tacızadə İranın digər problemlərindən birinin "dərin dövlət" olduğunu bildirib. "İranda "dərin dövlət" nüvə müqaviləsinin  uğursuz olması üçün çox çalışdı. Sözügedən "dərin dövlət" ölkədə çox güclü olmasına baxmayaraq, hesab verməz. Bu "dərin dövlət"in kökləri İsrailə gedib çıxır. Ötən ilin dekabrında Məşhəd şəhərində iqtisadi problemləri səbəb göstərərək keçirilən etiraz aksiyalarını da "dərin dövlət" təşkil etmişdi. Aksiyalarda məqsəd prezident Ruhaniyə qarşı dövlət çevirilişi həyata keçirmək idi. Lakin hökumət hələlik bunun qarşısını ala bilib" - Mustafa Tacızadə belə deyib. Ölkənin əsas problemlərindən biri də Ruhani hökumətinin icra məsələsində qərarlı davranmaması olduğuna toxunan Tacızadə, İran xalqının ölkə rəhbərlərinə inamlarının azaldığını qeyd edib.

Oxşar yazılar