Aqil Acalov Azərbaycan Brazilya Jiu-Jitsu Klubu İctimai Birliyinin prezidenti seçilib - Fotolar

  • 07:43 - 04 Mart
Azərbaycan Respublikası Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinə prezident seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Avropa.info xəbər verir ki, Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin yeni prezidenti Aqil Acalov olub. Qeyd edək ki, Aqil Acalov həm də Beynəlxalq Avrasiya Kombat Ciu-citsu Federasiyasının prezidentidir. Bundan başqa federasiyanın vitse-prezidenti Murad Cəfərov da Azərbaycan Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin vitse-prezidenti seçilib. Tədbiri giriş sözü ilə açan Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin təsisçisi Taleh Həsənov bu idman növünün atrıq 2006-2007-ci illərdən Azərbaycana gəldiyini vurğulayıb. 2010-cu ildə İstanbulda seminarda iştirak edən Taleh Həsənov Azərbaycana qayıtdıqdan sonra 2012-ci ildə bu klubu təsis etdiyini deyib. Azərbaycan Respublikası Braziliya Jiu-Jitsu Klubu İctimai Birliyinin yarandığı gündən bu yana bu idman növünün ölkəmizdə yayılması üçün böyük işlər görülüb. Klubun artıq bir çox rayon və şəhərlərdə, həmçinin bir neçə xarici ölkədə də məktəbləri mövcuddur. Hər il respublika səviyyəsində bir çox yarış və birinciliklər keçirilir. Artıq beynəlxalq arenada da klub özünü göstərə bilmiş və beynəlxalq yarışlarda uğur əldə etmiş idmançıların yetişdirilməsinə nail olmuşdur. Daha sonra tədbirdə çıxış edən Aqil Acalov bu idman növünün dünya miqyasında kifayət qədər populyar bir brend olduğunu vurğulamış, bundan sonra da bu idman növünün ölkəmizdə yayılması üçün əlindən gələni edəcəyini deyib.

Oxunma sayı: 8195

Oxşar yazılar