İtaliya A Seriyası: “Milan” və “Latsio” qələbə qazanıblar

  • 12:20 - 03 Mart
Martın 2-də İtaliya A Seriyasında 26-cı turun oyunları keçirilib. Avropa.info xəbər verir ki, “Milan” doğma meydanda “Sassuolo” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Milan”a vacib 3 xalı 35-ci dəqiqədə Mateo Mussakionun qolu gətirib. Bu qələbə sayəsində “Milan” xallarının sayını 48 çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Sassuolo” isə 31 xalla 11-ci yerdə qərarlaşıb. Turun digər maraq doğuran qarşılaşması “Olimpiko” stadionunda baş tutub. “Latsio” – “Roma” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən derbidə “Latsio” klubu üstün olub (3:0).

Oxunma sayı: 5973

Oxşar yazılar