Ya Sputnik Azərbaycan-ın qapadılmasına nail olmalıyıq, ya da… - Qorxmaz İbrahimlinin yazısı

  • 02 Mar - 2019
Hər bir vətənpərvər azərbaycanlını, xüsusən də ictimai-siyasi xadimləri bu milli təhlükəsizlik məsələmizdə dəstək olmağa çağırıram. Bəlkə mənim üç minin üzərində olan “Facebook” dostlarımın, yaxud çevrəmdəki insanların hamısını ilgiləndirməyə bilər. Oxuyan da, oxumayan da özü bilsin. Ancaq bu məsələ mənim üçün çox önəmlidir. İnanıram ki, vətəndaşlarımızın çox böyük əksəriyyəti üçün də önəmli, həyati vacib məsələdir - Milli təhlükəsizliyimiz məsələsi. Bu dövləti böyük sevgi və bacarıqla qurmuş babalarımızın, bizim ağır mübarizə sayəsində 1991-ci ildə rus imperiyasının əsarətindən xilas etdiyimizdən sonra şad və rahat oldu. Müstəqilliyimizi çox ağır şərtlər altında bərpa edə bildik. Xüsusən namərd qonşularımızın mübarizəmizi batırmaq üçün rus-erməni tandemi ilə Qarabağda üsyanı tətikləyərək, bizi susdurmağa çalışmasını unutmamalıyıq. İndiki Ermənistan ərazisində yaşayan Türk millətimizin zorla oradan çıxarılması əl-qolumuzu çox bağlayırdı. Böyük ərazi və insani itkilərimizə baxmayaraq müstəqilliyimizə nail olduq. Ancaq Azərbaycanın - Türk dövlətinin müstəqil olmasını istəməyən dövlətlər, havadarları və əlaltıları hələ də bunu həzm edə bilmirlər. 1991-ci ildən bu yana bir an belə, ara vermədən çalışırlar. Şimal və cənubda olan iki imperiya və onların dəstək verdikləri xəyanətkar, dənizdən dənizə dövlət qurmaq xəyalını yüz illərdir bütün millətinin xəstə beyninə yeritmiş tulaları heç vaxt dayanmadılar. Əksinə, bizim dövlətimizə zərbə vurmaq, çökdürmək üçün çalışmaları hər gün yeni bir formada ortaya çıxır, şükürlər olsun, çox vaxt ifşa olunurlar. İfşa etmək, qarşısını almaq isə həmişə asan olmur. Çünki yazıqlar olsun, biz bəzən dövlətimizin təhlükəsizliyi məsələsini hər hansı bir iqtidarla mübarizəmizlə qarışdırırıq. Bəzən də bilməyərəkdən xarici düşmənlərimizə dəstək oluruq. Lakin sözümüzün canı bu deyil. Yuxarıda dediyimiz kimi, milli təhlükəsizliyimiz məsələsidir. Milli təhlükəsizliyimizin qorunması qəlbi Azərbaycanla atan hər birimizin boynunun borcu olmalıdır. Düşmənlərimizin ən çox savaşdığı sahə informasiya sahəsidir. Kim informasiya işini düzgün qurursa, informasiya savaşında uğurları təbii, çox olur. Bilirsiniz ki, xəstə düşmənlərimiz son üç yüz ildə yaxalandığı xəstəliyi sayəsində Osmanlı imperiyasına, İran şahlarına xəyanət edərək güclənməkdə olan rus imperiyasına hər yolla “girməyi” bacardılar. İyirminci yüz ildə mətbuat, kino, TV sürətlə inkişaf etdiyindən, bu xəstə təxəyyüllü insanlar vahid mərkəzdən idarə olunan şəkildə sadalanan sahələrə ciddi şəkildə daxil oldular. Azərbaycan SSR xüsusi xidmət və digər orqanları da bura daxildir. Müstəqilliyimizi bərpa etdikdən sonra mətbuat sahəsində də işlərimizi inkişaf etdirməyə başladıq. Yerli mətbuat, KİV nə qədər güclü olsa, dövlətimizin milli təhlükəsizliyi də o qədər güclü olar. Buna dövlətin xüsusi diqqət və qayğısı olmalıdır və bu, nə dərəcə təqdirəlayiq təşkil olunub, deyə bilmərəm. Bunun üçün dövlətin ilgili və məsul qurumları ciddi düşünməlidir. Ancaq mənim sözümün “mustafa”sı düşmənlərimizin bu sahədə nə kimi yeniliklər etmələridir. Düşmən tərəf Rusiya kütləvi informasiya vasitələrində kifayət qədər planlı və mütəşəkkil formada yerləşdiyindən inanılmaz uğurlar əldə edib. Düşmənin yerləşdiyi kütləvi informasiya vasitələrindən biri də Rusiyanın “Sputnik” Beynəlxalq İnformasiya Agentliyidir. Bu agentlik dünyanın müxtəlif ölkələrində ofislərini açıb. Agentliyin baş redaktoru səviyyəsinə qədər irəli çəkilmiş erməni Marqarita Simonyan Rusiya dövlətinin agentliyini zaman-zaman öz xəstə millətinin planlarını həyata keçirmək üçüm istifadə edir. “Sputnik”in Ermənistandakı şöbəsi tamamən erməni məkrini həyata keçirməyə xidmət edir. Deyək ki, ora müdaxilə edə bilmirik. Ancaq xarici bir dövlətin ölkəmizdəki agentliyi həm də milli təhlükəsizliyimizə dəxli olan məsələ olduğundan diqqət yetirməlyik. Allahdan Sputnik Azərbaycan-ın şef redaktoru (istefa vermiş) Mətin Yaşaroğlu və agentliyin digər yerli əməkdaşlarının milli vətənpərvər və yüksək dövlət bağlılığı olması işimizə yaradı. Simonyan məkrli erməni planını burada həyata keçirə bilmədi. Bu vətənpərvər komandanın sayəsində Sputnik Azərbaycan-da erməni təbliğatının qarşısı alındı. Qarabağla və ölkəmizlə bağlı erməni planları ifşa edildi. Layiqli cavabları verildi. Bunun qarşılığında ermənilərin həzm efə bilmədiyi Mətin bəyi işdən atmaq üçün çox uğraşıldı. Düz üç il. Nəhayət, Xocalı soyqırımının ildönümündə bizə "sürpriz" elədilər. Mətin Yaşaroğlu seçim qarşısında buraxıldı: “Ya erməni məsələsində bizim (Simonyanın) dediyimiz kimi davranırsan, ya da işdən çıxarılırsan”. Düşmənin hesablaya bilmədiyi bir məqam vardı – Millətini sevən heç bir azərbaycanlı çörəkpulu üçün Vətənini satmaz. Mətin bəy də düşmənin gözünün içinə dik baxaraq, atmalı olduğu addımı atdı – İstefa verdi. Lakin biz baş verənlərə biganə, müşahidəçi qalmamalıyıq. Bu namərdlərə qarşı birləşərək, ya Sputnik Azərbaycan-ın ölkəmizdən qovulmasına nail olmalıyıq, ya da Mətin Yaşaroğlu yerinə qaytarılmalı və Bakının mərkəzində Azərbaycanın maraqlarına uyğun gələn status-kvo bərpa edilməlidir. Mən hər bir vətənpərvər azərbaycanlını, xüsusən də ictimai-siyasi xadimləri bu milli təhlükəsizlik məsələmizdə dəstək olmağa çağırıram. Qorxmaz İbrahimli, Aydınlar Partiyası sədrinin birinci müavini, tanınmış ictimai-siyasi xadim  Avropa.info

Oxşar yazılar