Lənkərandan Bakıya gələn qatarın sərnişinində narkotik aşkarlandı

  • 02 Mar - 2019
Daxili İşlər Nazirliyinin (DİN) Dəmiryol Nəliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Əməliyyat zamanı əvvəllər Cinayət məcəlləsinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) 177.2.3 (Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 180.1 (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə məhkum olunmuş Lənkəran şəhər sakini Mais Hüseynov Bakı dəmiryol vağzalının ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 40 qrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitə olan tiryək və 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. M.Hüseynov narkotik vasitəni şəxsi istifadəsi üçün şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib. Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxşar yazılar