"Real" baş məşqçisini qovdu

  • 22:58 - 01 Mart
"Real"ın gənclərdən ibarət komandasının baş məşqçisi Alvaro Benito qovulub. Buna səbəb onun "Kral Kuboku"nda "Barselona" ilə keçirilən oyundan sonrakı açıqlaması olub. Belə ki, baş məşqçi əsas komandanın əzəli rəqibə 0:3 hesabı ilə yenildiyi oyunla bağlı fikirlərini bildirərkən məşqçilər korpusunu tənqid edib: "Əsas problem Kasemiro və Toni Kroos kimi futbolçuların meydanda olmasıdı. Onlar 1 dəqiqə belə oynamağa layiq deyillər". Bu açıqlamadan sonra 43 yaşlı mütəxəssis istefaya göndərilib. Onu komandanın əfsanəsi futbolçu Raul Qonzalesin əvəz edəcəyi deyilir. Qeyd edək ki, Alvaro Benito 1994-2002-ci illərdə "Real"da çıxış edib. O, 2015-ci ildən klubun B komandasına başçılıq edirdi.

Oxunma sayı: 6875

Oxşar yazılar