Təbrizdən İran rejimi və Paşinyana cavab: Ermənistan bayrağı yandırılacaq, "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndiriləcək

  • 12:27 - 01 Mart
Bu gün Təbriz futbol üzrə İran çempionatında növbəti turun oyunları keçiriləcək.  “Traktor” komandası “Sepahan İsfahan” klubu ilə qarşılaşacaq. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Bulud Ələmdarın Cebhe.info-ya verdiyi məlumata görə, matç zamanı stadionda milli şüarlar səslənəcək. Oyunun 27-ci dəqiqəsində Xocalı soyqırımının 27-ci ildönümü anılacaq. “Qarabağ bizimdir, bizim olacaq” və digər milli şüarlar səslənəcək. İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda isti qarşılanmasına etiraz olaraq stadionda erməni bayraqları yandırılacaq. Qeyd edək ki, Ermənistann baş naziri Nikol Paşinyan İrana səfəri çərçivəsində Tehranın “Ararat” statdionunda erməni icmasının nümayəndələri ilə görüşüb. Görüşdə divardan iri hərflərlə “Qarabağ Ermənistan torpağıdır” şüarı yazılmış plakat asılıb. Bu, İran hakimiyyət nümayəndələrinin gözü qarşısında baş verib. Bu mənzərə  Güney Azərbaycanlıların narazılğına səbəb olub.

Oxunma sayı: 20416

Oxşar yazılar