Bakıda tələbələrin bıçaqlanması ilə bağlı cinayət işi başlandı

  • 11:53 - 01 Mart

Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Avropa.info Trend-ə istinadən xəbər verir ki, fevralın 28-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, fevralın 28-də paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində bir qrup şəxslər arasında kütləvi dava olub. Dava zamanı 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb, 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb. 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.


Oxunma sayı: 622666

Oxşar yazılar