"Barselona" aparıcı futbolçusu ilə müqaviləni beş il müddətinə uzadıb

  • 21:30 - 28 Fevral
İspaniyanın "Barselona" klubu aparıcı futbolçularından hesab olunan Jordi Alba ilə müqavilənin müddətini uzadıb. Kataloniya təmsilçisi 30 yaşlı cinah müdafiəçisi ilə beşillik yeni müqavilə barədə razılıq əldə edib. İspaniya millisinin də şərəfini qoruyan oyunçu 2024-cü ilin iyul ayına kimi "Barselona"da çıxış edəcək. İspaniya nəhəngi Albanın müqaviləsinə 500milyon avro təzminat maddəsi də əlavə edib. Yaxın günlərdə klubun oyunçu ilə rəsmi müqavilə imzalayacağı bildirilib. Qeyd edək ki, Jordi Alba 2012-ci ildən "Barselona"da çıxış edir. O, komandanın heyətində 4 dəfə İspaniya La Liqasının, eyni sayda ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.

Oxunma sayı: 8162

Oxşar yazılar