Serxio Ramosun etirafı başına bəla olub

  • 23:33 - 27 Fevral
İspaniyanın “Real Madrid” futbol klubunun müdafiəçisi Serxio Ramosun etirafı başına bəla olub. Avropa.info xəbər verir ki, 32 yaşlı ispaniyalı müdafiəçi UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin Hollandiyanın “Ayaks” komandası ilə ilk oyununda qəsdən sarı vərəqə alması UEFA-nın diqqətindən yayınmayıb. Bu məsələnin araşdırılmasını UEFA diqqət mərkəzində saxlayıb. İntizam Komitəsi fevralın 27-də Ramosla bağlı qərar verəcək. Qeyd edək ki, Madriddə keçirilən ilk oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 89-cu dəqiqəsində qaydanı pozan müdafiəçi sarı vərəqə alıb. Ramos oyundan sonra bunu qəsdən etdiyini etiraf edib. Bu səbəbdən müdafiəçi cavab oyununda heyətdə yer almayacaq.

Oxunma sayı: 5412

Oxşar yazılar