Messi 40-cı dəfə "El-Klasiko"da iştirak edəcək

  • 20:02 - 27 Fevral
 İspaniya Kubokunun yarımfinal mərhələsində “Real Madrid”lə cavab matçı “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olacaq. 32 yaşlı argentinalı hücumçu karyerası ərzində 40-cı “El-Klasiko”suna çıxacaq. “Barselona” əzəli rəqibi ilə evdə keçirdiyi ilk oyunda heç-heçə edib. Bu gün baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 9 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və eyni sayda “Qızıl buts"a layiq görülüb.

Oxunma sayı: 5522

Oxşar yazılar