“Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac” – Aksiya

  • 14:40 - 27 Fevral
Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. Avropa.info xəbər verir ki, “Bakı Dövlət Universitetinin 100 illiyinə 100 ağac” devizi ilə keçirilən kampaniya Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub. Universitetin çoxsaylı tələbəsinin iştirakı ilə keçirilən aksiyada təyin edilmiş ərazidə 100 ədəd müxtəlif növ ağac əkilib. Ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq keçirilən aksiyada, eyni zamanda, həmin ərazidə əvvəllər əkilmiş ağaclara qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. [gallery columns="1" size="full" ids="311015,311016"]

Oxunma sayı: 4521

Oxşar yazılar