""Hamımız erməniyik" deyənlər, niyə Xocalı soyqırımı günü "hamımız Azərbaycan türküyük" demədiniz?" – Məşhur yazar Türkiyə solçularını "yıxıb-sürüdü"

  • 27 Fev - 2019
Türkiyənin məşhur yazarı Ali Karahasanoğlu "Yeni Akit" qəzetində ölkədəki solçu kəsimin zaman-zaman ermənilərin müdafiəsinə qalxdığı halda, Xocalı soyqırımı və dünyanın müxtəlif bölgələrində müsəlmanların təzyiqlərə məruz qalmalarına seyriçi yanaşmalarını tənqid edən yazı qələmə alıb.  Avropa.info "Bəlkə bir dəfə də, "Hamımız türkük, müsəlmanıq" deyəsiniz" başlıqlı yazıdan Xocalı soyqırımı ilə bağlı olan hissəni təqdim edir.

Ucuz ritorikadır. Riyakarlıq iyi gəlir. Başlarının içindəki başqa , çölü başqa. İstismar etməyə bir  mövzu taparlar, başlarını çıxarıb, "Biz buradayıq" - deyərlər. Məsələn? Bir erməni jurnalist öldürüldü. Dərhal küçələrə töküldülər. "Hamımız Hrantıq" dedilər. Yetməz. "Hamımız erməniyik" dedilər. Etiraz edən birini gördülərmi? "Nə demək, "hamımız erməniyik. Siz necə erməni olursunuz"? deyən biri iləmi qarşılaşdılar. Bunu desəydik "insan deyilsiniz siz. Nə var, öldürülən bir jurnalistə sahib çıxmaq üçün "hamımız erməniyik" deyirik. Bunu da başa düşmürsünüz. Bir jurnalistə, bir insana sahib çıxırıq"- deyə üstümüzə gələrdilər. "Biz bəşəriyyətin ortaq dəyərlərinə sahib çıxırıq. Məsələ erməni olmaq deyil, məsələ haqsızlığa uğramaqdır" - deyib tufan qoparardılar. "Siz anlamazsınız, bəşəriyyətin ali dəyərlərini" deyə təhqir də edərdilər. İçimizdəki saf dostlarımız da ,"əhəmiyyətli olan məzluma sahib çıxmaq. İnancı, dini, məzhəbi, nə olursa olsun. Məzlum olan hər kəsə sahib çıxmaq lazımdır. Bunlar da məzluma sahib çıxırlar" deyərdilər. O zaman buyurun. "Hamımız erməniyik" şüarı ermənilərlə bağlı olduğu üçün, Xocalı soyqırımından başlayaq. Dünən, Xocalıda 700-ə yaxın dinc Azərbaycan türkünün Ermənistan əsgərləri tərəfindən öldürülməsinin ildönümü idi. Dininə, inancına, məzhəbinə baxmadan, bütün məzlumlara sahib çıxdıqlarını iddia edənlərdən biri, "Bu gün hamımız Azərbaycanlıyıq. Bu gün hamımız türkük" deyə bir şüar qışqırdılarmı? Bizlərə insanlıq dərsi verənlər. Hər il qondarma "erməni soyqırımı" iddiası ilə 100 il əvvəlin hesabını bizdən soruşmaq istəyənlər 1992-ci ildəki Xocalı soyqırımını kiçik bir açıqlama ilə pislədilərmi? Solçular. Sosialistlər. Kommunistlər. Nə oldunuz? Hara gizləndiniz? Hrant Dink insandır, Xocalıda öldürülən Azərbaycanlılar insan deyilmi? Kiçik uşaqlar, qadınlar insan deyilmi? Niyə onlara da dəstək vermirsiniz? Məzlum olana, dinini, irqini soruşmadan sahib çıxmırsınız? Yoxsa, bu prinsipləriniz, ermənlər üçünmü etibarlıdır? Məzlum müsəlman olunca... məzlum erməni deyilsə keçərli deyilmi? Avropa.info

Oxşar yazılar