Xocalı faciəsi Nijni Novqorodda anıldı – Foto

  • 10:44 - 27 Fevral
Fevaralın 26-da Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Nijni Novqorod azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Məhəmməd Əhmədovun təşkilatcılığı ilə Xocalı soyqırımının 27 ildönümü ilə bağlı tədbir keçirilib. Avropa.info xəbər verir ki, xüsusilə gənclər aktiv iştirak ediblər. Tədbirə həmçinin Milli Məclisin deputatı Çingiz Qənizadə də qatılıb. Tədbiri giriş nitqi ilə gənc fəal Rasim Quliyev açaraq 1992-ci il Xocalı şəhərində baş verən qətliam barədə geniş məlumat verib. Daha sonra çıxış edən  millət vəkili Çingiz Qənizadə qətliam barədə daha ətraaflı məlumat verib, dovlətin və onun qurumlarının, ölkə başçısının Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən tədbirlər barədə danışıb. Yerli Mədəni Muxtariyyətin sədri Məhəmməd Əhmədov, jurnalist Saleh Şükürlü və eləcə də digər tədbir iştirakçıları, agsaqqallar çıxışlar edib, öz fikirlərini bildiriblər. Həmçinin Nijniy Novqorod şəhərində yaşayan azərbaycanlılarının daha da təşkilatlandırılması, gələcəkdə görülən işlər müzakirə olunub. Təbirin sonunda şəhidlərə ehsan verilib, onların ruhlarına dualar oxunub.  

Oxunma sayı: 4697

Oxşar yazılar