Neymar Messidən danışarkən gözləri yaşla doldu

  • 12:58 - 26 Fevral
“Barselona” klubunun sabiq futbolçusu, PSJ-nin hücumçusu Neymar Braziliyanın “Globo Esporte” jurnalına verdiyi reportajda sabiq komanda yoldaşı Lionel Messiyə təriflər yağdırıb. Avropa.info xəbər verir ki, Messidən bəhs edərkən 27 yaşlı ulduz futbolçunun gözləri dolub. ““Barselona”ya gəldiyimdə transferimi təbrik etdi və məni qanadları altına aldı. Mənimlə böyük qardaş kimi davrandı. Sizə hər gün kömək edən futbolçuya sahib olmaq çox gözəl hisdir. Messinin bu tərəfini hamıya danışıram. Dəstəyə çox ehtiyac hiss etdiyim zamanda dünyanın ən yaxşı futbolçusu mənə qayğı göstərdi” – Neymar belə deyib.

Oxunma sayı: 7568

Oxşar yazılar