Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

  • 19:46 - 25 Fevral
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayevlə görüşüb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan və Gürcüstanın ticari və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verdiyi bildirilib. Z.Pataradze qeyd edib ki, Bakı şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində birgə biznes forumun keçirilməsi planlaşdırılıb. Tədbir çərçivəsində hər iki ölkənin iri və orta biznes təmsilçilərinin iştirakı nəzərdə tutulub. Bildirilib ki, forum iki ölkənin işgüzar dairələri arasında həm əlaqələrin qurulmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin gələcəkdə daha da artmasına töhfə verə bilər.         report

Oxunma sayı: 8921

Oxşar yazılar