Bakıdakı çoxmərtəbəli binada yanğının səbəbi məlum oldu – Video

  • 17:11 - 25 Fevral
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın baş verən əraziyə 5 təcili tibbi yardım briqadası göndərilib. Qeyd olunub ki, hadisə ilə əlaqədar təcili yardıma saat 12.55 radələrində çağırış daxil olub. *** Hazırda çoxmərtəbəli binada yanğın davam edir və söndürülməsi üçün tədbirlər görülür. Report xəbər verir ki, binanın 14-cü mərtəbəsində bir ailənin 4 üzvü qalıb. Xilasedicilər onları binadan çıxarmağa çalışırlar. *** Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən iki qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Həkimlər 26 və 53 yaşlı iki qadının vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər. Onların həyatları üçün təhlükə yoxdur. *** "Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova Şəfayət Mehdiyev küçəsində baş verən yanğın zamanı sakinlərlə birlikdə qəzetin baş redaktoru Aydın Quliyevin 4 yaşlı nəvəsi Emil və həyat yoldaşı Səadət xanımın da xilas edildiyini bildirib. “Hazırda Emilin vəziyyəti yaxşıdır, Səadət xanımın isə narahatlığı qalmaqdadır. Hələlik yanğının səbəbi bilinmir”, – o qeyd edib. *** Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən daha iki nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan biri 3 aylıq körpə və 43 yaşlı kişidir. Həkimlər onların vəziyyətlərini orta ağır kimi qiymətləndirirlər. *** Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğına səbəb elektrik yüklənməsi olub. Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş. Qeyd edək ki, yanğın söndürülüb. *** Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilən şəxslər evə buraxılıblar. *** 13:49 Bakıda yaşayış binası yanır. Avropa.info xəbər verir ki, hadisə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli binalardan birində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyini Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. https://www.youtube.com/watch?v=sYPdiheDTPA

Oxunma sayı: 1166

Oxşar yazılar