"Lester Siti"nin baş məşqçisi istefaya göndərilib

  • 23:22 - 24 Fevral
İngiltərənin "Lester Siti" klubunun baş məşqçisi Klod Püel istefa verib. Bu barədə komandanın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 57 yaşlı fransalı mütəxəssis Premyer-Liqanın 27-ci turunun ev oyununda "Kristan Pelas"a 4:1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Püel "Lester Siti"nin baş məşqçisi kimi 2017-ci ilin oktyabrından işləməyə başlayıb. Fransalı mütəxəssis bundək "Monako", "Lion", "Nitsa", "Sauthempton" kimi komandalarda fəaliyyət göstərib. "Lester Siti" hazırda turnir cədvəlində 32 xal ilə 12-ci yerdədir. Turnirə 65 xalla "Mançester Siti" liderlik edir.         report

Oxunma sayı: 5214

Oxşar yazılar