Rusiyalı nazir müavini Azərbaycan və İranla enerji dəhlizinin yaradılmasını gedişi barədə

  • 24 Fev - 2019
Hazırda Rusiya, Azərbaycan və İran energetika şirkətlərinin ekspertləri səviyyəsində enerji dəhlizinin yaradılmasının texniki şərtlərini müzakirə edirlər. Bunu Trend-ə özəl müsahibəsində Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski deyib. A.Yanovski bildirib ki, müzakirələrin nəticəsi üzrə tərəflər bu enerji körpüsünün fəaliyyətinin iqtisadi səmərəliliyini müəyyən edəcək və layihənin buraxılışının məqsədyönlülüyü barədə qərar qəbul edəcəklər: "Layihənin həyata keçirilməsi haqqında qərar qəbul olunarsa, enerji körpüsünün yaradılması dövlətlərin enerji sistemlərindəki kəsir dövründə ölkələri elektrik enerjisi ilə təmin etməyə imkan verəcək".
Qeyd edək ki, ötən il Azərbaycan, Rusiya və İran üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin müzakirəsi üzrə işçi qrupu yaradıblar. İşçu qrupu 18 nəfərdən ibarətdir (hər ölkədən 6 nəfər). Qrup üç ölkənin elektrik enerjisi sistemlərinin birləşdirilməsinin texniki-iqtisadi əsaslandırmasının texniki məsələlərini və texniki-iqtisadi əsaslandırmanın birgə işlənməsi haqqında saziş layihəsini hazırlamalıdır. Xatırladaq ki, 2015-ci ildə Azərbaycan və İran elektrik enerjisinin mübadiləsi haqqında anlaşma memorandumu imzalayıblar.

Oxşar yazılar