Bakı məktəblisindən İranda nümunəvi addım – Video

  • 12:12 - 23 Fevral

Bir müddət əvvəl İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda iştirak edən 11 yaşlı həmyerlimiz Zəhra Salmanova vətənpərvər bir addım atıb. O, yarışın keçirildiyi zalda bayrağımızın erməni bayrağından aşağıda asılmasına etiraz edib və bayrağın yerinin dəyişdirilməsinə nail olub. Hətta o, erməni rəqibini də məğlub edərək qızıl medal qazanıb.

Avropa.info "Xəzər TV"yə istinadən xəbər verir ki, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş karate üzrə yarışda örnək bir addım atıb. O, turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etiraz edib. Zəhra Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

Bayraq daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli bütün rəqiblərinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Zəhranın sözlərinə görə, müxtəlif idman yarışlarında iştirak etsə də, bu yarışın və medalın yeri onda tam fərqlidir.

Zəhra deyir ki, idman artıq onun həyatının ən önəmli hissəsinə çevrilib. Amma bununla bərabər dərslərini də yaxşı oxuyur.


Oxunma sayı: 93291

Oxşar yazılar