Nazarbayev Qazaxıstan valyutasından rus dilində yazıları çıxarır

  • 17:53 - 22 Fevral
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin yeni valyuta – tenqenin dizaynı ilə bağlı sərəncam imzalayıb. Avropa.info xəbər verir ki, sərəncamda banknot və metal pullarda yazıların dövlət dilində istifadə edilməsi göstərilir. Xarici dildə yazılar yalnız sərmayə və kolleksiya məqsədli metal pullarda istifadə oluna bilər. Qazaxıstan valyutasının dizaynı daha əvvəl qazax və rus dilində yazıları nəzərdə tuturdu.

Oxunma sayı: 10560

Oxşar yazılar