ABŞ-ın sanksiya tətbiq etdiyi Ermənistan şirkəti Suriyaya İran dəstəkli militanlar və silah daşıyırmış - Erməni şirkəti SEPAH-a çalışırmış

  • 22 Fev - 2019
Bu ilin yanvar ayında  Birləşmiş Ştatlar İrana qarşı və Ermənistanın bir şirkətinə sanksiya tətbiq etmişdi.  Avropa.info xəbər verir ki, sanksiyalar İranın "Mahan Air" şirkəti ilə yanaşı, bu şirkətin tərəfdaşı Ermənistanın “Flight Travel LLC” şirkətinə də tətbiq olunmuşdu. ABŞ Maliyyə Nazirliyi tərəfindən tətbiq olunan sanksiyalarda "Mahan Air" və Ermənistanın “Flight Travel LLC” şirkətləri Suriyaya militan və silah daşımaqda ittiham olunurdu. ""Flight Travel LLC" "Mahan Air"ə kommersiya dəstəyi səbəbindən sanksiyanın təsir riskinə dair xəbərdarlığa məhəl qoymayıb və indi bu, "Mahan Air"in adından fəaliyyət göstərdiyinə görə sanksiya siyahısına daxil edilən üçüncü şirkətdir", - deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilirdi.   ABŞ mətbuatının yazdığına görə, Ermənistanın "Flight Travel LLC" şirkəti Suriyada döyüşən İran dəstəkli terror qruplarına silah daşıyırmış. "İran Suriyaya silahlıları əsasən İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən əfqan və pakistanlı qaçqınlar arasından yığır. SEPAH-ın Suriyada döyüşlərə cəlb etdiyi “Fatemiyun” briqadası əfqan silahlılardan, “Zeynəbiyun” briqadası isə əfqan və pakistanlı qaçqınlardan təşkil olunub. 2018-ci ilin 16 oktyabrında ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət üzrə İdarəsi “Bəsic” birləşməsi ilə yanaşı SEPAH-a işləyən 20 şirkət və maliyyə qurumundan ibarət geniş şəbəkə aşkarlayıb. Bu şirkətlər SEPAH-a çalışırlar. Bunların içində Ermənistan şirkəti olan "Flight Travel LLC" Suriyaya SEPAH tərəfindən döyüşmək üçün aparılan militanları daşımaq missiyasını öz üzrərinə götürüb. Bundan başqa tərəfdaşı "Mahan Air"lə birgə Suriyadakı militanlara silah da daşıyıb" - ABŞ mətbuatı belə yazır. Avropa.info

Oxşar yazılar