Sabirabadda sərnişin mikroavtobusu qəzaya düşdü – Ölən və yaralananlar var (Foto)

  • 13:35 - 22 Fevral
Sabirabad rayonunda sərnişin mikroavtobusu qəzaya düşüb. Hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib. Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb. Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb. Yaralılar: 1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu, 1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu, 1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı. Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. (Report)

Oxunma sayı: 4081

Oxşar yazılar