Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb

  • 19:46 - 21 Fevral
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Qazaxıstan Statistika Komitəsinin yaydığı məlumata əsasən, 2018-ci ildə Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 258,26 milyon ABŞ dolları təşkil edib. Bunun 211,9 milyon dolları ixrac, 46,3 milyon dolları idxalın payına düşüb. Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Jenis Kasımbek hökumətin iclasında bildirib ki, 2018-ci ildə ölkə məhsullarının Əfqanıstana Azərbaycan, Rusiya, Türkmənistana ixracına dair müqavilələr bağlanıb. Ötən il Azərbaycana transformatorların daşınması üçün 450 milyon dollarlıq ixrac müqavilələri imzalanıb.

Oxunma sayı: 7007

Oxşar yazılar