Alman şirkəti Rusiyanın elektrik enerjisi sisteminə 6 milyard avro sərmayə yatırıb

  • 20:55 - 20 Fevral
Almaniyanın aparıcı enerji şirkəti – “E.on” Rusiyanın elektrik enerjisi sisteminə 6 milyard avro vəsait yatırıb. Avrpoa.info xəbər verir ki, bu gün “E.on Rusiya” RF ərazisində bütün elektrik enerjisinin 6 faizini hasil edir. Eyni zamanda “E.on” Aİ-də Rusiya qazının ən iri idxalçılarından biridir. Şirkət Sibirdəki “Yujno-Russkoye” neft-qaz yatağında və “Şimal axını” qaz kəmərində “Qazprom” ilə birlikdə pay sahibidir.

Oxunma sayı: 7942

Oxşar yazılar