Ermənistan ordusundan Paşinyana şok təhdid : "Sən və nazirlərin bizim hesabımıza gecələri rahat yatırsınız..."

  • 20 Fev - 2019
Ermənistan ordusunun bir qrup zabiti məvaciblərinin az olması səbəbindən baş nazir Nikol Paşinyana şikayət məktubu yazıblar. Avropa.info erməni KİV-lərinə istinadən xəbər verir ki, məktubda ölkənin baş naziri və digər rəsmi dövlət adamları təhdid olunur. Məktubda deyilir ki, son zamanlar bəzi yüksək vəzifəli məmurların pul mükafatları ilə təltif olunmaları orduda xidmət edən hərbçilər arasında böyük səs-küy yaradıb və bu məsələ tənqid olunub. "Bu gün çətin şəraitdə hərbi hissələrdə xidmət edən zabitlər vəzifə borclarını yerinə yetirməklə yanaşı, aldıqları çox az məvacib ilə ailələrini saxlamaq və kreditlərini ödəmək barədə də düşünürlər. Bir çox regionlardakı mağazalarda ərzağın qiymətinin süni şəkildə qaldırılması hərbçilərin maddi vəziyyətini daha da çətinləşdirib. Belə ki, zabitlər xidmət etdikləri yerdən kənara çıxa bilmədikləri üçün sözü gedən mağazalardan ərzaq almaq məcburiyyətində qalırlar. Baş nazir olaraq siz, millət vəkilləri, nazirlər və onların müavinləri erməni zabit və əsgərlərinin hesabına gecələri rahat yatırsınız. Belə olduğu halda nə üçün onlar daha çox məvacib və mükafat almaq imkanına malikdirlər, hərbçilər  isə əziyyət çəkirlər? Biz maaşlarımızın qaldırılmasını tələb edirik" - hərbçilərin Paşinyana göndərdikləri məktubda belə deyilir. Avropa.info

Oxşar yazılar