"Cənub Qaz Dəhlizi"nə yeni ölkələr qoşula bilər

  • 16:35 - 20 Fevral
Balkan ölkələri "Cənub Qaz Dəhlizi"nə qoşula bilərlər. Avropa.info bildirir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununda mətbuat konfransında deyib. Nazir həmçinin qeyd edib ki, Türkmənistan son iki il "Cənub Qaz Dəhlizi"nin iclaslarında iştirak edir, bu isə həmin ölkənin layihəyə qoşulmasında marağını göstərir:
"Amma məlum olduğu kimi, bunun üçün tədarükçü ölkələrlə istehlakçı ölkələr arasında müəyyən razılaşma olmalıdır. Əgər bu razılaşma əldə olunarsa, "Cənub Qaz Dəhlizi" həmin məsələni nəzərdən keçirəcək".

Oxunma sayı: 7128

Oxşar yazılar