Sarkisyanın qardaşı 18,5 milyon dolları dövlət büdcəsinə qaytardı

  • 19 Fev - 2019
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr dövlət büdcəsinə 18,5 milyon dollar qaytarıb. Avropa.info xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan təsdiqləyib. Aleksandr Sarkisyan Ermənistanda nəhəng sahibkar və parlamentin deputatıdır. O, ölkədə iri şirkətləri məcburi şəkildə “pay” verməyə məcbur edən şəxs kimi tanınırdı. Ermənistan banklarının birində Aleksandr Sarkisyanın hesabında 30 milyon dollar tapılmışdı və pullarına həbs qoyulmuşdu. O, pulların bir hissəsini dövlətə vermək qarşılığında həbsi götürməyə çağırmışdı. Paşinyanın sözlərinə görə, Serj Sarkisyanın qardaşı bütün məbləği dövlət büdcəsinə qaytarmağı vəd etmişdi. Xatırladaq ki, keçən ilin iyul ayında Aleksandr Sarkisyanın evində axtarış aparılmışdı. O, polisə aparılmış, sonra azadlığa buraxılmışdı. Onun oğlu Narek Sarkisyan İnterpola axtarışa verilmiş, 2018-ci ilin dekabrında Praqada qanunsuz silah və narkotik saxlama ittihamı ilə həbs olunmuşdu.

Oxşar yazılar