Bu yollarda 30 santimetr qar var – Hərəkət dayanıb

  • 19 Fev - 2019
Azərbaycanda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar bəzi yollarda hərəkət çətinləşib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avropa.info-ya bildirilib ki, Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yollarında yalnız hər iki oxu ötürücü olan nəqliyyat vasitələri (ofroderlər) hərəkət edə bilir. Belə ki, Muğanlı-İsmayıllı yolunun 138-ci kilometrliyində və Ağsu dolaylarında yolun hərəkət hissəsində qarın hündürlüyü 30 santimetrə çatıb.
Bundan başqa Bakı-Şamaxı, Şamaxı-Pirqulu yollarında da hərəkət çətinləşib. Qarın yolun hərəkət zolaqlarını tutuması nəticəsində minik avtomobillərinin bu istiqamətlərdə səfərə çıxmaması tövsiyə edilir.
Digər magistral və rayonlararası yollarda da qar yağsa da, nəqliyyat vasitələrinin hərəkətində ciddi maneə yoxdur.

Oxşar yazılar