Futbol üzrə Azərbaycan millisi yoxlama oyunu keçirəcək

  • 18:47 - 18 Fevral
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Avropa.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək. Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək.

Oxunma sayı: 6721

Oxşar yazılar