Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu vətənə qayıdıb

  • 18:33 - 18 Fevral
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Oxunma sayı: 3960

Oxşar yazılar