Robert Köçəryanın oğluna cinayət işi açıldı

  • 17:07 - 18 Fevral
Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezident Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryana ittiham irəli sürüb. Avropa.info xəbər verir ki, bu barədə mətbuata oğul Köçəryan bildirib. “Bir neçə gün əvvəl Milli Təhlükəsizlik Xidməti mənə uydurma işlə - hansısa pulların yuyulması və vergidən yayınma ittiham irəli sürüb. Yaşayış yerini tərk etməmək barədə iltizam alıblar” – o, belə deyib. O, baş nazir Nikol Paşinyanın hələ jurnalist və deputat işlədiyi vaxtlardan Köçəryan ailəsi üzərində diqqətini cəmlədiyini bəyan edib. Köçəryanın oğlu atasına və ona qarşı sürülən ittihamların əsası olmadığını bildirib. Qeyd edək ki, Ermənistanın sabiq prezidenti 2008-ci ilin 1 martında konstitusion quruluşu dəyişdirmək, küllü miqdarda rüşvət almaq və əmlakın qanunsuz  şəkildə adına keçirilməsi ittihamı ilə həbs olunub.

Oxunma sayı: 2794

Oxşar yazılar