Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb

  • 16 Fev - 2019
Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də və 9-da 2-ci Alatava yaşayış sahəsindəki 2 mənzildən qızıl-zinət əşyaları, televizor və digər məişət əşyaları oğurlamaqda sübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ramin Ələsgərov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar yazılar