“Kütləvi davanın səbəbkarları axtarılır” – Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi – Video

  • 10:22 - 16 Fevral
Çeçenistanın Mətbuat və İnformasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib. Avropa.info Musavat.com-a istinadən xəbər verir ki, Çeçen nazir Çeçenistan rəhbərliyinin hadisə haqqında məlumatlı olduğunu bildirib. Onun sözlərinə görə, hökumət hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib. Qeyd edək ki, Əli Həsənov məişət zəminində baş vermiş bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və çeçen xalqlarını dost və qardaş xalqlar kimi səciyyələndirmişdi. https://www.youtube.com/watch?v=4Zlg3c6wPMk

Oxunma sayı: 5621

Oxşar yazılar